Xuzistanda 2 yerli ərəb təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb

21.01.2022, 16:07

İranın Xuzistan əyalətinin Şuştər şəhərinin Quriyə məntəqəsində dəfn mərasimində iştirak edən 2 yerli ərəb təhlükəsizlik qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə əhvazlı fəallar yanvarın 20-də məlumat yayıb.

Yayılan məlumata görə, hadisə yanvarın 19-da baş verib. Bildirilir ki, yerli sakinlərdən birinin dəfn mərasimində iştirak edən Quriyə məntəqəsi sakinlərinin bir araya gəlməsi, dəfn mərasiminin rejimə qarşı etiraz aksiyasına çevrilməsinə gətirib çıxarıb.

Nəticədə dəfn mərasimi iştiralçıları ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb və təhlükəsizlik qüvvələri odlu silahlardan istifadə edərək etirazçılara atəş açıblar.

Atəş nəticəsində iki yerli ərəb, 18 yaşlı Əmin Delfi aldığı güllə yarasından yerindəcə öldürülüb, 22 yaşlı Həmid Kəəbi isə güllə yarasından ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, bir sutka xəstəxananın reanimasiya şöbəsində saxlanılan Həmid Kəəbi çoxlu qan itirdiyinə görə yanvarın 20-də keçinib.

Qeyd edilir ki, iki gəncin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra yanvarın 20-si axşam saatlarında uriyə sakinləri küçələrdə toplaşaraq rejimə qarşı etiraz aksiyası keçirərək şüarlar səsləndiriblər.

Etirazlarda həbs edilənlərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

2022-05-10

gun az article

Prezident: "Bu gün Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür"

2022-04-30

gun az article

İrandan uyuşdurucu qaçaqmalçılarının ölkəyə daxil olmasının qarşısı alınıb

2022-04-09

gun az article

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

2022-04-05

gun az article

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

2022-04-05

gun az article

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

2022-03-30

gun az article

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur" - Müdafiə Nazirliyi

2022-03-27

gun az article

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

2022-03-24

gun az article

“Azov dənizinə çıxışı itirmişik”-Ukrayna Müdafiə Nazirliyi

2022-03-19

gun az article

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Azərbaycanla əməkdaşlıq davamlı xarakter daşıyır”

2022-03-11

gun az article

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

2022-03-11

gun az article

Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

2022-03-05

gun az article

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

2022-03-05

gun az article

Zelenski Kiyevi tərk etmək barədə ABŞ-ın təklifini rədd edib

2022-02-26

gun az article

Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”

2022-02-25

gun az article

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

2022-02-24

gun az article

"Bloomberg": Vyanada nüvə danışıqları dalana dirənib

2022-02-17

gun az article

Ərdoğan koronavirusdan sağalıb

2022-02-11

gun az article

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

2022-02-10

gun az article

Şuşada Təbriz küçəsi-“Apple” işğaldan əvvəlki küçə adlarını bərpa etdi

2022-02-09