SON XƏBƏRLƏR

Xuzistanda etirazlar davam edir-Bir neçə şəhərdə yanğın baş verib

2022.05.12, 04:39
Xuzistanda etirazlar davam edir-Bir neçə şəhərdə yanğın baş verib

Gunaz.tv

Etirazlar mayın 11-i gecə saatlarında davam edib.

Əhvaz, Dezful, Mahşəhr və başqa bir neçə şəhərdə etirazçılar Əli Xamneyi və İbrahim Rəisiyə qarşı şüarlar səsləndiriblər.

Sosial mediada yayılan görüntülərə və xarici medianın verdiyi məlumatalara görə, etirazçılar Dezful şəhərində  bir yanacaq doldurma məntəqəsini yandırıb, başqa şəhərlərdə isə xüsusi qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərin mərkəzi küçələrində avtomobil təyərlərinə od vurublar.

Bundan öncə internet və telefon xidmətlərinin məhdudlaşdırılması ilə bağlı tədbirlərin daha da şiddətləndiyi və Xuzistanın bir çox bölgələrində yerli internet və telefon operatorlarının işləmədiyi bildirilir.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar