SON XƏBƏRLƏR

Xuzistanda toz fırtınası minlərlə insanda tənəffüs problemi yaradıb

2022.05.07, 05:05
Xuzistanda toz fırtınası minlərlə insanda tənəffüs problemi yaradıb

Gunaz.tv

Minlərlə insanda tənəffüs problemi yarandığından xəstəxanalarda uzun növbələr yaranıb.

 Əhvazın “Condi Şapur” Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, son bir neçə gün ərzində Əhvaz şəhərində tənəffüs problemləri ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı 3131 nəfərə çatıb.

Xuzistan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Şəhriyar Əsgəri mediaya verdiyi açıqlamada əyalətdə hava çirkliliyinin göstəricisini normadan 24 dəfə çox olduğunu deyib.

İranın Geologiya və Mineral Kəşfiyyat Təşkilatının rəhbəri Əlirza Şəhidi deyir ki, toz fırtınalarının 30 faizinin mənşəyi xarici, qalan 70 faizi isə yerlərdə baş verən quraqlıqlardan irəli gəlir.

Əlirza Şəhidi həmçinin əlavə edib ki, İranda quraqlıq dövrü təxminən 20 il əvvəl başlayıb və hazırda baş verən ekoloji problemlər 20 il öncədən başlayan və qarşısının alınması üçün tədbir görülməyən quraqlığın məntiqi nəticəsidir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar