Nüvə danışıqlarında əsas məsələlər həll olunmamış qalıb

14.02.2022, 21:06

İran Xarici İşlər Nazirliyi bundan öncə Viyanada keçirilən nüvə danışıqları ilə bağlı iddialı çıxışlarından fərqli bəyaatla çıxış edib.

Gunaz.tv Quote | Gunaz article

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətbzadə mediaya verdiyi açıqlamada danışıqların həssas mərhələyə çatdığını, ancaq bunun danışıqların dondurulması anlamına gəlmədiyini deyib.

O, bunun ixtilaflı mövzuların ortaya çıxması ilə əlaqələndirib və danışıqların davam etdirilməsinin daha çox qərb ölkələrinin, özəlliklə Amerikanın bundan sonra qəbul edəcəyi qərarlardan asılı olduğunu söyləyib.

Bununla yanaşı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fevralın 14-də İrlandiyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında İranın sanksiyaların ləğvi və Vyanada yaxşı razılaşma əldə etmək üçün tələsdiyini, ancaq “Qərb tərəflərinin mətn və zaman oyununu bir kənara qoymalı” olduqlarını deyib.

“Qarşı tərəflərin təhdidləri və xəbərdarlıqları danışıqlara son nöqtəni qoymur. Ancaq razılığa gəlmək üçün həlledici olan danışıq masasının reallığı və onların öhdəliklərinə qayıtmaq səyləridir"-deyə, Əmir Abdullahiyan bildirib.

Royterz agentliyi fevralın 14-ü axşam saatlarında adının çəkilməsini istəməyən yüksək rütbəli İran diplomatına istinadən nüvə danışıqlarının martın əvvəlinə qədər nəticə verməyəcəyini yazıb.

"Çətin məsələlərin təxminən 30 faizi hələ həll olunmayıb, ancaq martın əvvəlinə qədər razılığa gəlmək mümkündür. Əgər hər şey yaxşı olarsa, martın əvvəlində razılıq əldə oluna bilər "-deyə, Royterz yüksək rütbəli İran rəsmisinin istinadən yazıb.

Bununla yanaşı “Amerikanın səsi”nin fars bölümünün üç Amerika hökumət rəsmisinə istinad edərək bildirib ki, Amerika prezidenti Co Baydenin administrasiyası hesab edir ki, nüvə danışıqlarını xilas etmək üçün fevralın sonuna qədər vaxt var. Əks halda Amerika kursunu dəyişməli və İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün başqa variantlar axtarmalı olacaq. 

Bundan öncə Amerikanın xarici işlər naziri Antoni Blinkin İranın danışıq şərtlərinə əməl etməyəcəyi təqdirdə Amerikanın ona qarşı fərqli yol seçəcəyi barədə xəbərdarlıq edib.

C.E  
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fransa İrana çağırış etdi

2023-01-28

gun az article

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu pisləyib

2023-01-28

gun az article

Azərbaycanın 522 QHT-si ölkəmizin İrandakı səfirliyinə terror hücumunu pisləyib - BƏYANAT

2023-01-28

gun az article

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək

2023-01-28

gun az article

İranda onlarla etnik bəluç həbs edilib

2023-01-28

gun az article

Azərbaycan səfiri hospitalda İran XİN başçısına “bu terrordur” dedi –“Nəticələri gözləyirik”

2023-01-28

gun az article

Mövlud Çavuşoğlu: “Cənubi Qafqazda kövrək durum davam edir”

2023-01-28

gun az article

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub

2023-01-28

gun az article

Ukrayna 300-dən çox xarici tank alacaq

2023-01-28

gun az article

İranda tanınmış sünni ağsaqqal öldürüldü-Kütləvi nümayişlərə çağırış edildi

2023-01-28

gun az article

ABŞ İranla hərbi qarşıdurmanı istisna etmir

2023-01-28

gun az article

BMT Baş katibi İsraildəki terror aktını pisləyib

2023-01-28

gun az article

Azərbaycan səfirliyinə hücuma görə beynəlxalq reaksiyalar davam edir

2023-01-28

gun az article

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

2023-01-28

gun az article

Rəisi Azərbaycan səfirliyinə hücumun araşdırılmasına göstəriş verib

2023-01-28

gun az article

İran Ali Milli Təhlükəsizlik Şurası səfrliyə hücumun şəxsi zəmində olduğunu iddia edib

2023-01-28

gun az article

Rafael Grossi: "İran bir neçə nüvə silahı istehsal etmək imkanı əldə edib"

2023-01-28

gun az article

Pakistan XİN: “Qardaş Azərbaycan xalqı ilə həmrəyik”

2023-01-27

gun az article

İsraildə sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var

2023-01-27

gun az article

İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

2023-01-27