SON XƏBƏRLƏR

Dohada aparılan nüvə danışıqları uğursuzluqla başa çatdı

2022.06.30, 03:57
Dohada aparılan nüvə danışıqları uğursuzluqla başa çatdı

Gunaz.tv

Qeyd edək ki, 2 günlük danışıqlarla bağlı iki Amerika və Avropa rəsmisi İranın müsbət nəticə əldə etməkdə maraqlı olmadığını bildirib.

Ancaq İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqeri Kani və Enriko Moranın bundan sonra da davamlı əlaqədə olacaqlarını iddia edib.

"Doha danışıqlarında keçmişdə olduğu kimi, biz Vyanada bir il yarım davam edən danışıqlara əsaslanaraq bir-birimizlə anlaşmağa və nüvə danışıqlarına tam sadiq qalmağa hazır olduğumuzu bəyan etdik.

Ancaq İran bu məsələ ilə heç bir əlaqəsi olmayan tələbləri yenidən gündəmə gətirdi"-deyə, Amerika Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O, Avropa Birliyinin dolayı danışıqlarda göstərdiyi səylərin təqdirəlayiq olduğunu, ancaq İranın yenə də Avropa Birliyinin təşəbbüsünə müsbət cavab verə bilmədiyini,  nəticədə heç bir irəliləyişin əldə olunmadığını qeyd edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar