SON XƏBƏRLƏR

BMT və ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

2021.11.17, 08:29
BMT və ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

Gunaz.tv

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

"Hazırda bəzi məlumatlar alırıq. Amma şübhəsiz ki, son zorakılıq hadisəsi ilə bağlı xəbərləri narahatlıqla izləyirik. Və bu xəbərləri yoxlamaq məcburiyyətindəyik", - Haq keçirdiyi brifinqdə bildirib.

"Biz indi tərəfləri təmkinli olmağa və 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə, bütün müvafiq narahatlıqları sülh yolu ilə həll etməyə çağırırıq. Biz əvvəllər müşahidə etdiyimiz hər hansı eskalasiyaya qayıtmaqdan çəkinmək istəyirik", - o əlavə edib.

ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

O, bu barədə özünün tvitter hesabında paylaşım edib.
 
modern.az-17.11.2021-1637123727.jpg
“Ermənistanla Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq” - deyə Blinken qeyd edib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. 

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribat həyata keçirib.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar