SON XƏBƏRLƏR

Ağ Ev rəsmisi: İranla nüvə danışıqlarında mürəkkəb bir prosesin sonuna yaxınlaşırıq

2022.03.03, 07:15
Ağ Ev rəsmisi: İranla nüvə danışıqlarında mürəkkəb bir prosesin sonuna yaxınlaşırıq

Gunaz.tv

“Biz dəfələrlə demişik ki, bu son mərhələdə danışıqların bütün iştirakçılarının məsələlərlə bağlı mövqelərini aydınlaşdırmaq üzərində işləmək çox çətindir”-deyə, o, martın 2-də mediaya verdiyi müsahibədə bildirib.

Jan Piyer, İran və Amerikanın mövqelərinin təfərrüatlarına varmayacağını, Amerika hökumətinin ən yaxşısı nəticə əldə etmək üçün 5+1 üzvləri, eləcə də İsrail və regional tərəfdaşları ilə işləməyə davam etdiyini söyləyib.

Ağ Evin sözçüsü açıqlamasının sonunda bir daha vurğulayıb ki, Amerika danışıqların son mərhələsində həmişə öz tərəfdaşları ilə məsləhətləşir.

Bununla yanaşı, İsrail televizyasının 12-ci şəbəkəsi dünya güclərinin İranla apardığı nüvə danışıqlarının bir-iki həftə ərzində sona çatacağını deyib.

Xəbər şəbəkəsi məlumatlı mənbələrə istinadən iddia edib ki, Amerika nümayəndə heyəti İranın sanksiyaların ləğvi ilə bağlı bir çox xahişlərinə, o cümlədən İran İslam Respublikasının Ali Rəhbərinə yaxın olan bir sıra şəxslərə və onun maliyyə qurumlarına qarşı sanksiyaların aradan qaldırılmasına müsbət cavab verib.

Şəbəkənin məlumatına görə, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusuna qarşı birbaşa sanksiyaların ləğvi tələbinin də prinsipial olaraq təsdiqləndiy və İranın Evin zindanında saxlanılan amerikalı məhbusların azad edilməsinə dair razılaşmanın reallaşa biləcəyi bildirilir.

Eyni halda Amerika Dövlət Departamentinin İran üzrə keçmiş yüksək vəzifəli müşaviri Qabriel Noronha mümkün atom anlaşmasını faciə adlandıraraq, müzakirələrə əslində Rusiya nümayəndəsi tərəfindən rəhbərlik edildiyini deyib.

Noronha Robert Malini kəskin tənqid edərək, onun SEPAH, Xameneinin ofisi və ona bağlı qurumlara qarşı sanksiyaların ləğv ediləcəyinə söz verdiyini bildirib.

O, mümkün nüvə anlaşmasının Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyi üçün təhlükəli olduğunu vurğulayaraq, nə qısa, nə də uzunmüddətli perspektivdə ölkəsinin maraqlarına xidmət etməyəcəyini qeyd edib.

Sabiq müşavir sonda indiyə kimi üç Amerika diplomatının mümkün razılaşmadan narazı olduqları üçün istefa verdiyini söyləyib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar