SON XƏBƏRLƏR

"Nüvə danışıqları bərpa olunmasa, İrana qarşı sanksiyalar artacaq"-Ağ Ev rəsmisi

2022.07.28, 09:19
"Nüvə danışıqları bərpa olunmasa, İrana qarşı sanksiyalar artacaq"-Ağ Ev rəsmisi

Gunaz.tv

Nüvə danışıqlarını canlandırmaq üçün sazişin gələcəyi ilə bağlı son məsləhətləşmələrlə eyni vaxtda Amerika mediası Ağ Ev rəsmisinə istinadən bildirib ki, əgər danışıqlar bərpa olunmasa, Amerika hökuməti sanksiyaları və İrana qarşı iqtisadi təcridini artıracaq.

"Aksios" xəbər saytının məlumatına görə, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk bu yaxınlarda bir qrup nüfuzlu ekspertlərlə müzakirədə yaxın gələcəkdə nüvə danışıqlarının canlandırılmasının çox çətin olduğunu deyib.

"Yaxın gələcəkdə nüvə danışıqlarını canlandırmaq ehtimalı çətindir və Ağ Ev Tehrana qarşı sanksiyalar və iqtisadi təcriddən istifadə etmək istəyir”-deyə, Brett Makqurk deyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar