SON XƏBƏRLƏR

Ağ Ev İranın dəstəklədiyi qruplaşmanın Ərəbistanın cənubundakı aeroporta hücumunu pisləyib

2022.02.11, 09:08
Ağ Ev İranın dəstəklədiyi qruplaşmanın Ərəbistanın cənubundakı aeroporta hücumunu pisləyib

Gunaz.tv

Ceyk Sullivan hücumu pisləyən bəyanatda Co Bayden və Kral Salmanın çərşənbə günü telefon danışığına toxunub.

O, Amerikanın Səudiyyə Ərəbistanını xalqını və ölkəsini hücumlar qarşısında müdafiə sahəsində dəstəkləyəcəyinə dair öhdəliyə sadiq olduğunu qeyd edib.

Qeyd edək ki, cümə axşamı Səudiyyə Ərəbistanının “Abha” aeroportunda hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan pilotsuz təyyarənin qəlpələri 12 nəfərin yaralanmasına səbəb olub.

Bu barədə Yəməndə husilərə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya məlumat yayıb.

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya standart təhlükəsizlik tədbirlərinə əməl edildikdən sonra hava nəqliyyatının normala döndüyünü bildirib.

Ərəbistan dövlət mediasının yaydığı iki bəyanatda yaralananlar arasında müxtəlif millətlərdən olan sərnişinlər və işçilərin olduğu qeyd olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar