SON XƏBƏRLƏR

MİT və MOSSAD Türkiyədə İran terrorçularına qarşı əməliyyat keçirib- 9 nəfər həbs olunub

2022.02.11, 14:40
MİT və MOSSAD Türkiyədə İran terrorçularına qarşı əməliyyat keçirib- 9 nəfər həbs olunub

Gunaz.tv

Məlumata görə, Türkiyə İstihbarat Təşkilatı (MİT) və İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (MOSSAD) keçirdiyi əməliyyat nəticəsində Türkiyədə İran kəşfiyyatına bağlı olan terror dəstəsi ifşa edilib.

Verilən məlumata görə, türkiyəli yəhudi iş adamı Yair Gellərə qarşı planlaşdırılan terror əməliyyatında adı keçən 9 İran agenti həbs olunub.

Terror dəstəsinin iş adamına sui-qəsd həyata keçirməklə Türkiyə-İsrail arasında yumşalmaqda olan münasibətləri gərginləşdirmək niyyəti güddükləri bildirilir.

Qeyd edək ki, bu cari ildə Türkiyədə sui-qəsd törətmək istəyən İrana bağlı ikinci casusluq şəbəkəsinin ifşasıdır.

Bundan öncə yanvarın 9-da Türkiyədə yaşayan İran hökumətinin müxalifi olan şəxsin oğurlanaraq İrana aparılması üçün təşkil olunan 17 nəfərdən ibarət casus şəbəkəsi MİT tərəfindən həbs olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar