SON XƏBƏRLƏR

Vaizi: “Noyabr etirazlarında öldürülənlərin sayını açıqlamaq dövlətin vəzifəsi deyil”

2021.10.20, 07:36
Vaizi: “Noyabr etirazlarında öldürülənlərin sayını açıqlamaq dövlətin vəzifəsi deyil”

Gunaz.tv

GünAz TV: İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi bildirib ki, noyabr etirazlarında öldürülən insanların dəqiq sayını açıqlamaqla bağlı dövlət mükəlləf deyil.

 

O, dəqiq statistikanın əllərində mövcud olduğunu lakin hələ də bu istiqamətdə araşdırmaların aparıldığını deyib. Vaizi eyni zamanda, iddia edib ki, dünya mediasında açıqlanan rəqəmlər “həqiqətə uyğun deyil”.

 

Etirazların yatırılmasından bu günə qədər İran rəsmiləri öldürülən, yaralanan və həbs edilənlərin sayı ilə bağlı rəqəmləri açıqlamaqdan imtina edirlər. Bir neçə gün öncə Tehran valisi yaxın günlərdə statistikanı açıqlaya biləcəyini demişdi.

 

Reuters agentliyinin dekabr ayının sonlarında “dini lider” Əli Xamneyinin yaxın ətraflarından olan 1 rəsmi və İranın Daxili İşlər Nazirliyinin bir neçə rəsmisinə istinadən yaydığı məlumatlarda etirazlar zamanı azı 1500 nəfərin qətlə yetirildiyi deyilirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar