SON XƏBƏRLƏR

Vali Muğan Aqrosənaye Kompleksinin özəlləşdirilməsinə dair müqavilənin ləğv olunduğunu bir daha dilə gətirib

2021.10.20, 07:36
Vali Muğan Aqrosənaye Kompleksinin özəlləşdirilməsinə dair müqavilənin ləğv olunduğunu bir daha dilə gətirib

Gunaz.tv

GünAz TV: Son vaxtlar Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin dəyərindən qat-qat ucuz qiymətə satılmasına dair xəbərlər Güney Azərbaycanın ictimai-siyasi gündəmini zəbt etmişdir.

 

Soydaşlarımızın kəskin etirazından sonra məsullar kompleksin özəlləşdirilməsinə dair müqavilənin ləğv olunduğunu elan etdilər, lakin bu açıqlamaları təkzib edən məlumatlar da yayıldı. Ərdəbil valisi Əkbər Behnamcu noyabrın 23-də Səbəlan (Savalan) kanalının “Məsullarla” proqramında çıxışı zamanı sözügedən müqavilənin ləğv olunduğunu bir daha vurğulayıb.

 

“Əyalətin Təmin Şurası və hörmətli millət vəkilləri hamısı birlikdə müştərək bir iş üzrə çalışaraq bağlanan müqavilənin ləğv olunmasını tələb etdilər, onlar sonda buna nail oldu.

Biz də Ettelaat və Kənd Təsərrüfatı nazirləri, həmçinin prezident müavin cənab Cahangiri ilə əlaqə saxladıq və müavinin ofisində bütün nazirlər və Özəlləşdirmə Təşkilatının məsulları ilə keçirilən iclasda kompleksi alan şəxsin bu iş üçün qabliyyətsiz olduğunu göstərən raport təqdim etdik. İclasın sonunda qərara alındı ki, bu barədə Ettelaat Nazirliyi qərar qəbul etməlidir. Ettelaat Nazirliyi də bu müqavilənin ləğv olunmasına tərəfdar idi. Sonda nazirlik rəyini Nazirlə Kabinetinə elan etdi və müqavilənin ləğvinə dair qərar qəbul olundu”- deyə o bildirib.

 

Vali sözlərinin sonunda vurğulayıb ki, kompleks bir daha satışa çıxarılsa, bu mütləq kütləvi informasiya vasitələrində elan olunacaq və tələb olunan şəraitə malik olan bir şəxs və ya şirkətə satılacaq.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur. Kompleksin dəyərindən qat-qat ucuz qiymətə hökumətə yaxın şəxslərə satılması bölgə əhalisin kəskin etirazına səbəb olmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar