Valideynlər uşaqlarına ad seçimində azad olmalıdırlar

2021-01-29 14:14

Konstitusiyada uşaqlara türk adlarının seçilməsində heç bir qadağa olmamasına baxmayaraq, çox halarda Vətəndaşlığın Qeydiyyatı İdarəsi valideynlərin uşaqlarına türk adı seçməsinə əngəl törədir.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri “Şərqi Azərbaycan Məhkəmə Vəkillərinin İnsan Haqları Komissiyası”nın sədr müavini Sina Yusifi söyləyib.

 

Onun sözlərinə görə, vətəndaşlar uşaqlarına ad seçimində azaddırlar və buna qarşı qoyulan qadağalar konstitusiyaya ziddir.


Konstitusiyanın tələblərinə görə Vətəndaşlığın Qeydiyyatı İdarəsi sənədləşdirilməsinə icazə verilməyən adlardan ibarət siyahi tərtib edib valideynlərə təqdim etməlidir.

 

Ancaq bunun tam tərsinə olaraq icazə verilmiş adlardan ibarət siyahı tərtib edilib və valideynlərə ancaq orada qeyd olunan adlardan birini seçməli olduqları bildirilir.


Bu, tamamilə insan haqları prinsiplərinə zidd hərəkətdir və sözügedən qərarı inzibati ədalət məhkəməsində ləğv etmək mümkündür.

 

Bildirək ki, İranda azərbaycanlı türk ailələrin uşaqlarına türk adları seçməsi ciddi problem olaraq qalır. İranın “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nin məsulları yalnız idarənin elektron siyahısında qeyd olunan adların sənədləşdirilməsinə icazə verirlər.


Türk adları"nın çoxu bu sistemdə qeydiyyata alınmır və təşkilat tərəfindən "qanunsuz sayılır.

 

İdarə məsulları “bizə mərkəzdən belə göstəriş verilib” bəhanəsi ilə ailələrin məsələni həll etmək üçün mərkəzə, Tehran şəhərində baş idarəyə müraciət etmələrini tövsiyə edirlər. Bu isə vətəndaşların ciddi narahatlıq və narazılıqlarına səbəb olur.

 

Son günlər güney azərbaycanlı ailələrin uşaqlarına “Ayıl”, “Anar” və “Sevgi” adları seçdikləri üçün sənəd ala bilmədikləri, çoxsaylı problemlərlə qarşılaşdıqları haqqında mətbuatda geniş xəbərlər yayılıb.

 

Dünyaya gələn hər bir uşağın ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16