SON XƏBƏRLƏR

Vaşinqton Fransa Senatının qərarına qarşı çıxdı

2021.10.20, 07:36
Vaşinqton Fransa Senatının qərarına qarşı çıxdı

Gunaz.tv

GünAz TV: Klinton jurnalistlərin bu barədə sualına cavab verərkən deyib ki, "soyqırım" iddiaları siyasi yox, tarixi mövzudur.

“Bizim ən güclü tərəfərimizdən biri də ifadələrdə cinayət tərkibi axtarmamağımızdır. İnsanlar bu ölkədə istədikləri hər şeyi deyə bilərlər”.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Bunu ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Fransa Senatında saxta erməni soyqırımı ilə bağlı qəbul edilən məlum qanuna Vaşinqtonun münasibətini izah edərkən deyib. Klinton jurnalistlərin bu barədə sualına cavab verərkən deyib ki, "soyqırım" iddiaları siyasi yox, tarixi mövzudur. Hillari Klinton ölkəsinin əsla Fransanın yolu ilə getməyəcəyini vurğulayıb. “Fransa da daxil olmaqla digər ölkələrin fərqli standartları və tarixləri ola bilər. Amma biz ifadənin cinayət sayılacağı bir yolla getməyəcəyik. Hesab edirəm, bu mövzunun siyasidən çox tarixi olduğunu qeyd etmək daha ədalətli olar ki, həqiqət də budur. Məncə ABŞ hökumətinin mövqeyi belə olmalıdır".

 

Dövlət katibi qeyd edib ki, insanların qərarlarına hörmət olunmalıdır. Klintonun fikrincə, belə mübahisələrdə tərəflərin dialoqa sövq edilməsi vacibdir. Belədə nəticə etibarilə insanlar qərarlarını özləri verəcəklər: "Mübahisəli tarixi müzakirələrin hansı tərəfində olmasından asılı olmayaraq insanları fikir dialoquna sövq etməliyik. Dəlil toplayın, iddialarınızı ortaya qoyun və dialoqa həvəsli olun. Hesab edirəm ki, bu məsələ belə olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar