SON XƏBƏRLƏR

Vaşinqton İranda dini azlıqların durumundan narahatdır

2021.10.20, 07:36
Vaşinqton İranda dini azlıqların durumundan narahatdır

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin "Azadlıq Radiosu"-na istinadən yaydığı məlumata görə, Birləşmiş Ştatlar İranda dini zəmində təqiblərin artmasından narahatdır. ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamentinin nümayəndəsi Filip Krouli təkcə son bir neçə həftə ərzində İranda Bəhai icmasının azı 25 üzvünün saxlandığını , bu təriqətdən olan 60-a yaxın adamınsa hazırda həbsdə olduqlarını deyib. Dövlət Departamenti icmanın casusluqda ittiham olunan bir neçə liderinin vəkillərlə görüşməsinə icazə verilməməsindən narahatlıq bildirir. ABŞ Dövlət Departamentinin ötən cümə axşamı yaydığı illik hesabatın İrana aid hissəsində, bu ölkədə İranda insan haqlarının vəziyyəti kəskin pislənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar