SON XƏBƏRLƏR

Vaşinqtonda Nemtsov adına meydanın açılışı olub

2021.10.20, 07:36
Vaşinqtonda Nemtsov adına meydanın açılışı olub

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) paytaxtı  Vaşinqtonda Boris Nemtsov adına meydanın (Boris Nemtsov Plaza) açılışı olub.


APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xüsusi lövhənin açılışı mərasimi siyasətçinin qətlinin 3-cü ildönümü ilə əlaqədar təşkil olunub.  


Qeyd edək ki, Boris Nemtsov adına meydanda Rusiya səfirliyi yerləşir.


Təntənəli mərasimdə 100-dək insan olub. Onların arasında Konqres üzvləri, Dövlət Departamentinin, Vaşinqton qanunverici şurasının əməkdaşları, diaspor üzvləri, mərhumun qızı Janna da iştirak edib.   


Meydanın adının dəyişdirilməsi qərarı Vaşinqton şəhər şurası verib.


Xatırladaq ki, Boris Nemtsov 3 il əvvəl fevralın 28-də Moskvanın mərkəzində güllələnib.  


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar