Azərbaycanlı milli-mədəni fəallar Əli və Rza Vasiqi, ailələri ilə ayrı-ayrı təmaslarda kamera yoldaşlarının səkkizində kəskin koronovirus simptomlar gördüklərini bildirdilər.
Gunaz.tv
Cənab Vasiqi, bu səkkiz məhbusun tibb mərkəzinə köçürülməsindən sonra, 2-ci bölmədəki digər məhbusların koronovirusa yoloxmaları ilə bağlı narahatlıqların artdığını söyləyib.
Məhbusların verdiyi məlumata görə, Ərdəbil həbsxanasının ümumi vəziyyəti təhlükəli səviyyəsi “qırmızı”dır.
Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Karidə, 1 dekabr 2020-cı il çərşənbə axşamı, ailəsi ilə telefon əlaqəsi zamanı noyabrın otuzundan birinə keçən gecə Abbas Lisani ilə birlikdə koronovirus simptomları ilə Ərdəbil həbsxanasının tibb mərkəzinə köçürüldüyünü, ancaq həbsxananın başqa bölmələrindən çox sayda koronovirus xəstəsinin tibb mərkəzində yerləşdirildiyi və boş yer olmadığı üçün yenidən 7-ci bölməyə qaytarıldıqlarını bildirib.
Y.Kari telefon danışığında gecə qızdırmasının 39 dərəcəyə qalxdığını, Abbas Lisaninin hələ də quru öskürək, baş ağrısı, əzələ ağrıları və nəfəs çatışmazlığı keçirdiyini söyləyib.
C.E