SON XƏBƏRLƏR

Ağ Evdən Tehrana sərt xəbərdarlıq: “Başqa seçimlərə üz tutmaq məcburiyyətində qalacağıq”

2021.12.10, 09:18
Ağ Evdən Tehrana sərt xəbərdarlıq: “Başqa seçimlərə üz tutmaq məcburiyyətində qalacağıq”

Gunaz.tv

O deyib ki, ABŞ prezidenti Co Bayden öz komandasına Vyana danışıqları məğlubiyyətə uğrayacağı təqdirdə İrana qarşı yeni seçimlər üçün hazır olmalarını tapşırıb.

“ABŞ prezidenti ilk gündən hesab edib ki, İranın nüvə silahına yiyələnməyəcəyindən əmin olmaq üçün ən yaxşı yol diplomatiya və bu ustiqamətdə öz müttəfiq və tərəfdaşları ilə koordinasiya şəkildə işbirliyi aparmaqdır.

Lakin İranın nüvə proqramını mütəmadi olaraq inkişaf etdirdiyini nəzərə alaraq, Bayden öz komandasından istəyib ki, diplomatiya məğlubiyyətə uğrayacağı təqdirdə İrana qarşı əlavə yeni seçimlərə üz tutmaq üçün hazırlaşsınlar"-deyə, Cen Psaki bildirib.

Cen Psak deyib ki, ölkəsi açıq şəkildə İrana bəyan edib ki, sanksiyalardan yeganə çıxış yolu nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməkdir. 

"Biz, Amerikanın keçmiş prezidenti Donald Tramp hökumətindən bizə qalan bütün sanksiyaları qüvvədə saxlamış, onları davamlı olaraq icra etmişik.

Lakin hesab edirik ki, əgər diplomatiya Vyana danışıqlarını tez bir zamanda düzgün istiqamətə yönləndirə bilməsə və əgər İran nüvə proqramını sürətlə davam etdirib inkişaf etdirsə, bizim İranın əksər gəlir mənbələrini məhdudlaşdırmaq üçün əlavə seçimlərə üz tutmaqdan başqa çarəmiz qalmayacaq”, -deyə, Ağ Evin sözçüsü bildirib.

Qeyd edək ki, noyabrın 29-da Qərbin Vyanada beş gün müddətinə İranla apardığı nüvə danışıqlarının 7-ci mərhələsi Tehranın dekonstruktiv mövqe sərgiləməsi səbəbi ilə məğlubiyyətə uğrayıb.
2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün aparılan danışıqların 8-ci mərhələsinə isə dekabrın 9-da start verilib. 

Avropa Birliyi ölkələri və Amerika indiki danışıqların İran üçün son fürsət olduğunu vurğulayıblar. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar