SON XƏBƏRLƏR

Venesuela prezidentinə qarşı uğursuz sui-qəsd olunub

2021.10.20, 07:36
Venesuela prezidentinə qarşı uğursuz sui-qəsd olunub

Gunaz.tv

GünAz TV: Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.

 

“Tass” agentliyinin yaydığı məlumata görə, Maduro Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polisin çevikliyi nəticəsində PUA vaxtında zərərsizləşdirilib.

 

Hadisə nəticəsində ölkə prezidenti və digər yüksək vəzifəli şəxslər xəsarət almayıblar.

 

Qeyd olunur ki, mərasimin bir neçə iştirakçısı yaralanıb.

 

N. Maduro onun həyatına sui-qəsd cəhdində kolumbiyalı həmkarı Xuan Manuel Santosu təqsirləndirilib. Bu barədə o, xalqa müraciətində bildirib.

 

Venesula prezidenti həmçinin qeyd edib ki, insidentdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb. “Qafqazinfo”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar