SON XƏBƏRLƏR

Vərziğanda Qaradağ Aşıqlar Festivalı keçirilib

2021.10.20, 07:36
Vərziğanda Qaradağ Aşıqlar Festivalı keçirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Vərziğan şəhərində Qaradağ Aşıqlarının 3-cü Şeir və Musiqi Festivalı yekunlaşıb.

 

Festivalda Vərziğan, Əhər, Culfa, Kəleybər, Xudafərin, Heris və Hurand şəhərlərindən göndərilən 110 şeir və musiqi əsəri qiymətləndirilib.

 

Məlumata görə, 70 şeir əsərindən İbrahim Qiblə Arbatanın şeiri seçilmiş əsər, Mustafa İzzətinin əsəri 1-ci, İbrahim Kazimzadə ilə Kosər Nəzərinin əsərləri 2-ci, Əlirza Ənbaz və Şəhla Novruzinin əsərləri isə 3-cü olub.

 

Rəhman Rzazadə və Məryəm Beyramı Əhərə isə şeir əsərlərinə görə təqdir lövhələri təqdim olunub.

 

Festivalda musiqi sahəsinə aid 40 əsərdən 9-ü seçilmiş əsər kimi qiymətləndirilib. Qrup aşıqlar bölümündə aşıq Məhbub Əbdinin qrupu 1-ci, aşıq Yusif Dehqanın qrupu 2-ci və aşıq Hamid Xələfinəjadın qrupu 3-cü yeri tutub.

 

Qopuz çalanlar içində aşıq Burhan İbrahimiyan 1-ci, Məhəmməd Lütfi 2-ci və Peyman Cəfəri 3-cü yeri qazanıb.

 

Qopuzla oxuyanlar arasında isə aşıq Yaşar Hadi 1-ci, aşıq Ramin Molapur 2-ci və aşıq Hüseyn Abnar 3-cü yerdə qərarlaşıb.

 

Aşıq Yaşar Hadi münsiflər heyəti tərəfindən festivalın xüsusi iştirakçısı kimi qiymətləndirilib.

 

Festivalın münsiflər heyəti şeir bölümündə İmamverdi Qulipur, Təvəkkül Mahmudi, Fərdin Allahyari və Şuca Zəbani, musiqi bölümündə isə Məhəməd İbadi, Çingiz Biriya və Əvəz İbadpur olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar