Zəngin sərvətlərə malik Vərziğanın məktəbləri acınacaqlı vəziyyətdədir: "Tavan və divarlar hər an uça bilər"-VİDEO

2021-04-26 14:39

​​​​​​​Güney Azərbaycanın Vərziğan bölgəsində təhsil ocaqları bərbad durumdadır. 

Gunaz.tv Quote | Gunaz article

Orta Doğunun ən böyük qızıl və mis mədənlərinə malik olmasına baxmayaraq bölgədə təhsil infrastrukturu bərbaddır.

Sosial şəbəkələrdə yayılan videoda Vərziğan mahalının Əliabad Ləzgi kəndinin məktəblisi təhsil ocağının bərbad durumundan danışır.

Şagird bildirir ki, məktəbin tavanı və divarları hər an uça bilər.
"Divarların suvağı belə nəmişlik və baxımsızlıqdan tökülüb. Divarlara sərdiyimiz kavrolitlər nəmişlik ucbatından islanır, qoxuyur və paltarlarımıza hopur. Qışda isə qapı və pəncərələrdən soyuq içəri dolur, sinif otağı qızdırılmadığı üçün üşüyürük"-deyə, məktəbli bildirir.

Xatırladaq ki, Vərziğanın “Əndəryan” qızıl yatağı və “Süngün” mis mədəni Orta Doğunun ən böyük qızıl və mis yataqlarından sayılır. Buna baxmayaraq, bölgə əhalisi işsizdir. Mahalda yoxsulluq artıb.
 
Qeyd edilir ki, yerli əhali yoxsulluq içində yaşadığı bir halda Vərziğanın mis və qızıl mədənlərindən əldə edilən sərvət İranın mərkəzi və cənub bölgələrinə daşınır və həmin bölgələrdə yaşayan farsdilli əhalinin rifahına xərclənir.

Bir müddət öncə mahalın İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani hökumətin bu bölgəyə qarşı laqeyd münasibətini tənqid edib, yataqlardan əldə edilən illik 13 trilyon tümən qazancdan əhaliyə heç nə çatmadığını bildirib.


 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.24.2021-Sözümüz: Gündəmdə nə var?

2021-06-25

gun az article

GünazTV June.24.2021- Düşünməyə Çağırı: Güney Türküstanda nələr baş verir?

2021-06-25

gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23