SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan güneyli məhbus Valeh Zamaninin durumu ağırlaşıb

2022.07.12, 14:18
Evin zindanında saxlanılan güneyli məhbus Valeh Zamaninin durumu ağırlaşıb

Gunaz.tv

İnsan haqları fəallarının bildirdiyinə görə, həbs olunmasından 42 gün keçən Valeh Zamani sağlamlıq durumunun ağır olmasına baxmayaraq, hələ də Evin zindanının 240-cı  təhlükəsizlik bölməsində saxlanılır.

"O, hepatit C-dən əziyyət çəkir və qaraciyərinin cəmi 20 %-i işləyir.

Ancaq dərmanlarını vaxtında qəbul edə bilmir, gündə 4-5 saat təhlükəsizlik müstəntiqləri tərəfindən dindirilir. Bundan öncə ailəsi ilə qısa müddətli telefon əlaqəsi zamanı yemək yeyə bilmədiyini, hağlıq durumunun ağır olduğunu bildirib.

Bir müddət əvvəl həbsxanadan kənar xəstəxanaya göndərilib və bir neçə  analizdən başqa ona heç bir tibbi yardım göstərilməyib və yenidən kameraya qaytarılıb"-məlumatlı mənbə bildirib.

Valeh Zamani bundan öncə 15 iyun tarixində ailəsi ilə qısa müddətli telefon danışığı zamanı mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürüldüyünü bildirib. 

 Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar