SON XƏBƏRLƏR

Evin zindanına məhbusların əzalarını kəsmək üçün yeni avadanlıqlar gətirilib

2022.06.03, 06:32
Evin zindanına məhbusların əzalarını kəsmək üçün yeni avadanlıqlar gətirilib

Gunaz.tv

Evin zindanından yenicə buraxılmış sabiq siyasi məhbus Arəş Sadiqi özünün tvitter hesabında etdiyi paylaşımda bu barədə məlumat verib.

Onun sözlərinə görə, məhkumların bədən əzalarını kəsmək üçün zindanda yeni bölmə yaradılıb və mayın 31-də bir məhkumun dörd barmağı kəsilib.

Bununla yanaşı Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərinin zindanında 3 məhkum bədən əzalarının kəsilməsi üçün Evin zindanına köçürülüb.

Bədən əzalarının kəsilməsi üçün Evin zindanına köçürülən Hadi Rüstəmi, Mehdi Şahivənd və Mehdi Şərəfiyani adlı şəxslərin xırda oğurluq üstündə əllərinin kəsilməsi cəzasına məhkum olunduqları bildirilir.

Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Amnistiya Təşkilatı və digər insan haqları təşkilatları dəfələrlə İranda məhkumların bədən əzalarının kəsilməsinin dayandırılmasına çağırsalar da, İran hökuməti şallaq, bədən əzasının kəsilməsi və  daşqalaq kimi cəzaları tətbiq etməyə davam edir.

 Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Mülki və Siyasi Hüquqlar Bəyannaməsinin 7-ci maddəsini imzalamasına baxmayaraq öhdəliyinə əməl etmir.

Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar