SON XƏBƏRLƏR

“İsrailin İranla hərbi qarşıdurması qaçılmazdır”-Liberman

2021.10.22, 09:39
“İsrailin İranla hərbi qarşıdurması qaçılmazdır”-Liberman

Gunaz.tv

Nazir ölkəsinin İranla hərbi qarşıdurmasının qaçılmaz olduğunu bildirib.

O deyib ki, İran Şimali Koreyanı özü üçün nümunə götürərək və yana danışıqlarından boyun qaçıraraq nüvə proqramını sürətlə inkişaf etdirir.


“Hesab edirik ki, heç bir diplomatik addım və ya razılaşma İranın nüvə proqramını irəli aparmasına mane olmayacaq. 


Məhz buna görə də güman edirəm ki, İrailin İranla hərbi qarşıdurması qaçılmazdır. Bu artıq zaman məsələsidir, lakin bu vaxt və müddət çox uzun çəkməyəcək və sonunda onun zamanı gəlib çatacaq.


Bu gün İran mövzusu qlobal bir məsələdir, lakin ondan da əvvəl demək olar ki, bizim məsələmizdir"-deyə, Liberman bildiib. 


Onun fikrincə, İran durdurulmalıdır.

"İran rəhbərləri isə açıq-aşkar bildiriblər ki, onların siyasəti və məqsədi İsraili məhv etməkdir. Onların hədəfi və bu niyyəti ciddidir. Biz isə buna imkan verməməliyik.


İsraildə isə bəziləri ordunun büdcəsinin artırılmasından heyrətlənərək bu xüsusda müxtəlif suallar verirlər, halbuki bu büdcə artımı İsrail ordusunun hərbi qabiliyyətinin gücləndirilməsi və daha inkişaf etdirilmiş hərbi sistemlərin satın alınması üçün zəriridir”, -deyə İsrailin maliyyə naziri Aviqdor Liberman bildirib. 

F35

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar