SON XƏBƏRLƏR

Aviv Koxavi: “İran qabiliyyətlərini məhv etmək üçün əməliyyatlar davam edəcək”

2021.10.20, 07:36
Aviv Koxavi: “İran qabiliyyətlərini məhv etmək üçün əməliyyatlar davam edəcək”

Gunaz.tv

Oktyabrın 5-də İsrail ordusunun yeni kəşfiyyat başçısı Aharon Haliva-nın təqdimat mərasimində çıxış edən Aviv Koxavi deyib ki, İsrail ordusunun və bu ölkənin kəşfiyyat və təhlükəsizlik qurumlarının İranda baş verənlərdən tam xəbəri var.


“Bizim İranın qabiliyyətlərini istənilən yerdə və istənilən məkanda məhv etmək üçün nəzərdə tutulan əməliyyatlarımız davam edəcək, daha da genişləndiriləcək. 


Bizim həmçinin İranın nüvə proqramına qarşı əməliyyat planlarımızın hazırlanması və onların optimallaşdırılması da davam etdiriləcək”, -deyə İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi bildirib.


Koxavi İsrailin İrana qarşı keçirdiyi əməliyyatların detallarını açıqlamayıb.

 

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar