SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti: “İranın uranı 90 faiz səviyyəsində zənginləşdirməyə hazırlaşması provokativ bir addımdır”

2021.11.30, 08:56
ABŞ Dövlət Departamenti: “İranın uranı 90 faiz səviyyəsində zənginləşdirməyə hazırlaşması provokativ bir addımdır”

Gunaz.tv

ABŞ dövlət katibinin köməkçisinin sözçüsü Calina Porter (Jalina Porter) dünən jurnalistlərlə görüşündə İsrail kəşfiyyatının İranın uranı 90 faiz səviyyəsində zənginləşdirməyə hazırlaşması ilə bağlı Amerika hökumətinə verdiyi məlumatlara istinad edərək bunun yolverilməz olduğunu bildirib.

“Yalnız bunu deyə bilərəm ki, əvvəllər də şəffaf və açıq şəkildə bildirdiyimiz kimi İranın nüvə sahəsində atdığı bu əməli qeyri-konstruktiv, provokativ bir addımdır. 

Tehranın bu hərəkəti, İranın qarşılıqlı olaraq nüvə öhdəliklərinə qayıtmaq niyyətində olması ilə bağlı elan etdiyi hədəfinə zidd addımdır. 

Bildirirəm ki, bu kimi provokativ nüvə addımları İran üçün heç bir danışıqlarda təsir rıçaqları yaratmayacaq. 

Bu xüsusda bizdə bir sıra digər məlumatlar da var ki, mən burada onları açıqlamaq istəmirəm. Lakin bir daha bildirirəm ki, uranı 90 faiz səviyyəsində zənginləşdirməyə başlamaq, sadəcə olaraq provokativ bir addımdır və İran bu kimi hərəkətlərini davam etdirsə Vyana danışıqlarfı nəticə verməyəcək.

Xatırladaq ki, 5 aylıq fasilədən sonra İranla Qərb arasında nüvə razılaşmasının dirçəldilməsi üçün Vyanada aparılan danışıqların 7-ci mərhələsinə noyabrın 29-da saatlarında start verilib.

ساختمان وزارت خارجه آمریکا در واشنگتن (آرشیو)

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar