SON XƏBƏRLƏR

Vladimir Putin: "NATO hərbi varlığını Rusiya sərhədlərinə doğru yaxınlaşdırır"

2021.10.20, 07:36
Vladimir Putin: "NATO hərbi varlığını Rusiya sərhədlərinə doğru yaxınlaşdırır"

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putin NATO-nun hərbi varlığını Rusiya sərhədlərinə doğru yaxınlaşdırdığını deyib.


Finlandiyalı həmkarı Sauli Niinisto ilə Soçidə görüşündən sonra mətbuat konfransında çıxışında V.Putun söyləyib: “Finlandiyanın Baltik regionunda gərginliyi azaltma təklifini məmnuniyyətlə qarşılayırıq. NATO isə gərginliyi artırmaqdadır. Birlik Rusiya ilə hərbi təlimlər keçirmək fikrini rədd etdi. NATO hərbi varlığını Rusiya sərhədlərinə doğru yaxınlaşdırır. Biz də cavab olaraq Rusiya ordusu bazasını daha da gücləndirəcəyik.”


Rusiyalı lider Amerika Birləşmiş Ştatları ilə olan münasibətlərə də toxunaraq deyib: “Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampla keçirdiyi söhbətimiz yaxşı oldu. Amma 2 saatlıq söhbət bütün problemləri həll edə bilməz. Qərbin Rusiyaya sanksiyaları zərərverici və mənasız olduğu qədər rəsmi Vaşinqtonun da Moskvaya qarşı sanksiya siyasəti səhvdir, bunu dərk etməlidirlər.” TRT


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar