SON XƏBƏRLƏR

Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

2022.05.17, 10:41
Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

Gunaz.tv

Məlumatı “TRT Haber” yayıb.

Müzakirələr Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı çərçivəsində baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər siyahısında Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin gedişatı da var.

Bildirilib ki, Ağ ev Ankara və İrəvan arasında qarşılıqlı xüsusi nümayəndələrin təyin olunmasını dəstəkləyir və iki ölkə münasibətlərinin normallaşması üçün aparılan danışıqları alqışlayır. Vaşinqton bu mövqeyini tərəflərə çatdırıb.

Toplantıda regionda baş verən proseslər barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 18-də Nyu-Yorkda E.Blinken və M.Çavuşoğlunun sədrliyi ilə Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı keçiriləcək. Toplantıda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və qlobal məsələlərin müzakirəsi gözlənilir. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar