SON XƏBƏRLƏR

Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

2022.09.15, 05:13
Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Gunaz.tv

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa "Nant"ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

"Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)

Baş hakim: Enea Yorqyi (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 3. "Nant" - 3. "Qarabağ" - 0. "Olimpiakos" - 0.

Qeyd edək ki, qrupun digər matçında "Frayburq" "Olimpiakos"un qonağı olacaq. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar