SON XƏBƏRLƏR

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb-VİDEO

2022.09.15, 19:01
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb-VİDEO

Gunaz.tv

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dəyişib. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.

Simon 27-ci dəqiqədə Məhəmmədəliyevlə təkbətək çıxsa da, növbəti dəfə dueldən məğlub ayrılıb. 30-cu dəqiqənin tamamında Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçib.

Daha sonra Kvabena Ovusu qolkiperlə təkbətək çıxsa da, fürsətdən yararlana bilməyib. "Qarabağ" hissənin sonlarında hücumlarının kəsərini artırıb. 43-cü dəqiqədə Bədavi Hüseynovun başla fərlənməyə yaxın olsa da, rəqib qapıçı Alban Lyafon hesabın açılmasına imkan verməyib. 

İkinci yarıda da Azərbaycan təmsilçisi topa daha çox nəzarət edən tərəf olub. 51-ci dəqiqədə Ovusu növbəti dəfə Lyafon səddini keçə bilməyib. Buna baxmayaraq, 25 yaşlı qanalı hücumçu 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb.

72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. "Nant" sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib. 

Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb. 

G qrupunun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda 3:0 hesabı ilə üstələyib.

Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Nant" və "Qarabağ"ın 3 xalı var. Sonuncu sıradakı "Olimpiakos"un isə xalı yoxdur. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar