SON XƏBƏRLƏR

Avropa Birliyi 9 İran qurumu və rəsmisinə sanksiya tətbiq etdi

2023.03.21, 05:11
Avropa Birliyi 9 İran qurumu və rəsmisinə sanksiya tətbiq etdi

Gunaz.tv

Bu barədə Avropa Birliyinin rəsmi saytında məlumat verilib.

Bu sanksiyalar paketində İran hökumətinə bağlı səkkiz şəxs və bir qurum AB-nin sanksiya siyahısına daxil edilib.

“Ədalətsiz mühakimələrdən və məhkumlara işgəncə verilməsindən sonra ölüm hökmlərinin çıxarılmasına cavabdeh olan məhkəmə orqanlarının üzvləri də sanksiyalar siyahısına salınıb",- AB-nin saytında dərc olunan məlumatda qeyd edilib.

Bloka üzv ölkələr İran hakimiyyətini dinc etirazları zorakılıqla yatırmağı dayandırmağa, tənqidçiləri susdurmaq vasitəsi kimi əsassız həbslərə son qoymağa və saxta ittihamlarla həbs edilənlərin hamısını azad etməyə çağırır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar