SON XƏBƏRLƏR

Avropa Birliyi: "İran rejimi etirazçıları sistematik şəkildə repressiya edir"

2022.10.20, 09:00
Avropa Birliyi: "İran rejimi etirazçıları sistematik şəkildə repressiya edir"

Gunaz.tv

İran xalqlarının ümumölkə qiyamının ikinci ayına girdiyi bir vaxtda Avropa Birliyinin xarici siyasət rəhbəri Cozef Borrel tezliklə Tehrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.

O, oktyabrın 19-da "Əl-Ərəbiyyə" xəbər agentliyinə verdiyi açıqlamada tehran rejiminin etirazçılara qarşı sistemli repressiyalar həyata keçirdiyini söyləyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Avropa Birliyi Məhsa Əmininin öldürülməsi və ümumölkə etirazların yatırılması ilə əlaqədar İranın 15 şəxs və qurumuna sanksiya tətbiq edib.

Əxlaq polisi qüvvələrin rəhbəri Məhəmməd Rüstəmi, həmçinin bu qurumun Tehran bölməsinin rəhbəri Hacı Əhməd Mirzayi Avropa Birliyi tərəfindən sanksiyaya məruz qalıb.

Avropa Birliyi həmçinin İranın informasiya və rabitə texnologiyaları naziri İsa Zarepurun adını internetin bağlanmasındakı roluna görə sanksiya tətbiq edilən şəxslərin siyahısına salıb.

Britaniya Xarici İşlər Nazirliyi, həmçinin əxlaq polisinin rəsmilərinə, SEPAH-ın Bəsic Qüvvələrinin rəhbəri Qulamrza Süleymaniyə, İran Polis Qüvvələrinin xüsusi bölməsinin komandiri Həsən Kərəmiyə və komandir Hüseyn Aştariyə də sanksiya tətbiq edib. 

Avropa Birliyi sanksiyalarına səyahət qadağaları və aktivlərin dondurulması daxildir. Bununla yanaşı AB vətəndaşları və şirkətlərinin adları siyahıya salınmış fiziki və hüquqi şəxslərə vəsait ayırması qadağan edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar