SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı sanksiyalar tətbiq edir

2022.10.15, 05:31
Avropa Birliyi İrana qarşı sanksiyalar tətbiq edir

Gunaz.tv

Oktyabrın 15-də Avropa Birliyi xalq etirazlarının geniş şəkildə yatırılmasındakı roluna görə dörd quruma və 11 yüksək rütbəli İran hərbi və təhlükəsizlik rəsmisinə sanksiya tətbiq edəcək.

Sanksiyalar "Əxlaqi Təhlükəsizlik Polisi", "Bəsic-e Müstəzəfin", SEPAH kibermüdafiə qərargahı və İran polis komandanlığına qarşı tətbiq olunacaq.

Bu sənəddə İslam Respublikasının 11 yüksək rütbəli təhlükəsizlik və hərbi qulluqçusunun adı da qeyd olunub ki, bu da Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Kanadanın etirazların yatırılmasında iştirak edən insanlara qarşı tətbiq etdiyi son sanksiyalar siyahısına bənzəyir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar