SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir

2022.10.05, 08:59
Avropa Birliyi İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir

Gunaz.tv

Cozef Borrel Avropa Parlamentinin Brüsseldə keçirilən Baş Assambleyasının iclasında İrandakı vəziyyətlə bağlı bütün variantları, o cümlədən məhdudlaşdırıcı tədbirləri araşdıracaqlarını söyləyib.

O, oktyabrın 17-də keçirilməsi planlaşdırılan AB xarici işlər nazirlərinin görüşündə də bu məsələni müzakirə edəcəklərini qeyd edib.

"Keçən ay Nyu Yorkda keçirilən BMT Baş Assambleyasında mən İran prezidenti İbrahim Rəisidən vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağı və Məhsa Əmininin qətlinə görə məsuliyyət daşıyanların mühakimə olunmasını xahiş etdim",-deyə, Borrel bildirib.

Avropa Birliyinin ali nümayəndəsi İranda etirazlara qeyri-mütənasib reaksiya verildiyini vurğulayıb.

O, onlarla insanın həyatını itirdiyini, bu hadisələri işıqlandıran jurnalistlərin yaralandığını və ya həbs edildiyini, internet və dəqiq məlumatlara çıxışın məhdudlaşdırıldığını deyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar