SON XƏBƏRLƏR

Avropa Birliyi və Amerika İrana qarşı yeni cəza tədbirləri tətbiq edəcək

2022.09.27, 08:40
Avropa Birliyi və Amerika İrana qarşı yeni cəza tədbirləri tətbiq edəcək

Gunaz.tv

Avropa Birliyi və Amerika İran hökuməti tərəfindən Məhsa Əmininin öldürülməsinə etiraz olaraq keçirilən kütləvi nümayişlərin qəddarlıqla yatırılmasına cavab olaraq İran hökumətinə qarşı cəza tədbirlərini artırmağı planlaşdırır.

Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, Avropa Birliyi iranlı nümayişçilərə kömək etmək üçün proqram təminatı şirkətlərini “Demokratiya naminə texnologiyadan istifadə haqqında Kopenhagen Konvensiyasına” riayət etməyə necə təşviq edə biləcəyini araşdırır. 

Bu müqavilə Danimarka Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən internetin pulsuz saxlanmasına dair beynəlxalq bəyanatdır.

Avropa Birliyinin xarici siyasət komissarı Cozef Borrel bu yaxınlarda İran rejiminin etirazçılara qarşı "həddindən artıq zorakılıq" tətbiq etməsini pisləyib.

O, deyib ki, bu rejimi cəzalandırmaq üçün yeni sanksiyalar da daxil olmaqla "bütün variantlar" Avorpa Birliyi xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

İranda artıq 11-ci gününə qədəm qoyan küçə etirazları zamanı iranlı nümayişçilər xarici dünya ilə əlaqə qura bilmək üçün Qərbdən daha çox dəstək tələb ediblər. 

Bu nümayişçilərdən bəziləri “Guardian”a deyiblər ki, İran xalqı öz səsini dünyaya çatdırmaq üçün Qərbin dəstəyinə ehtiyac duyur.

"Dünya bu cinayətkar rejimin üzündən maskanı çıxarmalıdır. Biz Qərbdən bu rejimə sanksiya qoymasını istəyirik. Bütün İran misli görünməmiş bir üsyana qalxıb.

Dünya liderləri İran xalqına kömək etməlidir",- deyə, “Guardian” iranlı etirazçılardan birinə istinadən yazıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar