SON XƏBƏRLƏR

Avropa Birliyindən İrana qarşı yeni ticari məhdudiyyət

2023.03.10, 11:56
Avropa Birliyindən İrana qarşı yeni ticari məhdudiyyət

Gunaz.tv

Avropa ölkələri İranda insan haqlarının geniş şəkildə pozulması, nüvə danışıqlarında öhdəliklərini yerinə yetirməməsi və Ukraynaya qarşı hərbi təcavüzdə Rusiyaya yardım etdiyinə görə,  İranla maliyyə mübadiləsini asanlaşdıran mexanizmi (İnsteks) ləğv ediblər.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bundan əvvəl Almaniya hökuməti ötən ilin dekabrında İranda  hökumət əleyhinə etirazlar fonunda bu maliyyə sistemini dayandırmışdı.

Qeyd edək ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, bu layihə Avropa Birliyinin İranla ticarəti asanlaşdırmaq üçün 2018-ci ilin yazında layihələndirilmişdi.

Bu maliyyə mexanizminin tərəfdaşları Fransa, Almaniya, Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç, İspaniya, İsveç və Böyük Britaniya idi.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar