SON XƏBƏRLƏR

3 Avropa ölkəsindən İrana xəbərdarlıq: “Nüvə razılaşmasının nicatı üçün yalnz bir neçə həftə fürsət var”

2021.12.29, 12:34
3 Avropa ölkəsindən İrana xəbərdarlıq: “Nüvə razılaşmasının nicatı üçün yalnz bir neçə həftə fürsət var”

Gunaz.tv

Vyanada aparılan danışıqlara hakim atmosferin hazırda çox həssa olduğunu vurğulayan üç Avropa ölkəsi yaydıqları birgə bəyanatda deyiblər ki, müzakirələr indiki tempə davam edərsə, bir neçə həftədən sonra nüvə razılaşmasına qayıtmağın artıq heç bir anlamı və xeyri olmayacaq.

“Biz artıq elə bir nöqtəyə yaxınlaşırıq ki, İranın nüvə proqramı ilə bağlı fəaliyyətlərini gücləndirməsi nüvə razılaşmasını və onun faydalarını tamamilə məhv edəcək. Biz bunu açıq-aşkar görür və bununla bağlı İrana bir daha xəbərdarlıq edirik. 

Hesab edirik ki, nüvə razılaşmasını dirçəltmək üçün hansısa bir razılaşmanın əldə olunması üçün bir neçə ay yox, yalnız bir neçə həftə fürsət var. 

Əks təqdirdə əgər bu fürsətdən istifadə edilməsi, indiki vəziyyətin belə davam etməsi ilə nüvə razılaşmasının kütləvi qırğın silahların yayılmamasına dair fayda və imtiyazları heç olaraq, öz anlamını itirəcək”, -deyə üç Avropa ölkəsi, Britaniya, Fransa və Almaniyanın yaydığı birgə xəbərdarlıq bəyanatında qeyd olunur. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar