SON XƏBƏRLƏR

Avropa rəsmisi: “İran nüvə razılaşmasının canlandırılması üçün danışıqlara qatılmağa hazır deyil”

2021.10.20, 07:36
Avropa rəsmisi: “İran nüvə razılaşmasının canlandırılması üçün danışıqlara qatılmağa hazır deyil”

Gunaz.tv

O, oktyabrın 15-də mediaya açıqlamasında  deyib ki, onun şəxsi fikrincə İran gec-tez Yana danışıqlarına qatılmaq, müzakirələrə son qoymaq siyasətini yürüdür.


“Hesab edirəm ki, İran hələlik nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlara qatılmağa hazır deyil və yalnız gələn həftələrdə Avropa rəsmiləri ilə keçiriləcək görüşlərdə təqdim ediləcək yeni razılaşmanın mətni ilə tanış olmaq, barəsində müzakirə aparmaq istəyir.


Brüsseldə Avropa Birliyi rəsmiləri ilə danışıqların aparılması yaxşı ideyadır. Bu hər iki tərəfin yeni razılaşmanın mətnini gözdən keçirməsi və İranın bununla bağlı suallarına cavab verilməsi üçün yaxşı fürsətdir. 


Mənə elə gəlir ki, Brüssel danışıqları indiki vəziyyəti götür-qoy edəcək və bizi Vyanadakı əsas müzakirələrə hazırlaşdıracaq. Mənim isə proqnozuma görə, bu çox qısa bir zamanda həyata keçiriləcək”, -deyə adının çəkilməsini istəməyən Avropa İttifaqının yüksək vəzifəli rəsmisi bildirib. 


Xatırladaq ki, nüvə razılaşmasının canlandırılması ilə bağlı danışıqlar təxminən dörd ay əvvəl İbrahim Rəisinin prezident seçkilərində qalib gəlməsindən sonra dayandırılıb.


Həmin müddətdə isə İranın yeni hökuməti rəsmi Tehranın Amerika ilə birlikdə nüvə razılaşmasının tam icrasına qayıtmaq üçün rəsmi Vaşinqtonla birbaşa danışıqlar aparmaqdan imtina edib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar