SON XƏBƏRLƏR

Avropa Şurası etirazçılara qarşı repressiyaları və İranın Rusiyaya hərbi dəstəyini kəskin şəkildə pisləyib

2022.10.22, 06:12
Avropa Şurası etirazçılara qarşı repressiyaları və İranın Rusiyaya hərbi dəstəyini kəskin şəkildə pisləyib

Gunaz.tv

Avropa Birliyinin siyasət şurası olan Avropa Şurasının iki günlük iclası bu şuranın Tehranın Ukraynaya qarşı müharibədə Moskvaya hərbi dəstəyini, eləcə də İslam Respublikası rejimi tərəfindən iranlı etirazçıları sıxışdırmasını pisləməsi ilə başa çatıb.

Avropa Birliyi bundan öncə bu iki məsələyə görə artıq İrana sanksiya tətbiq edib. Oktyabrın 17-də bu birliyin xarici işlər nazirləri İranda etirazçıların yatırılmasına cavabdeh olan 11 şəxs və 4 quruma sanksiya tətbiq edilməsinin lehinə səs verib.

Avropa Şurasının oktyabrın 20 və 21-də keçirilən iclasının yekun bəyanatında Avropa Şurasına üzv dövlətlər Avropa ŞurasıNIN İran hakimiyyətinin Rusiyaynın Ukraynaya qarşı hərbi dəstəyini kəskin şəkildə pislədiyini bildirib.

Onlar həmçinin bu dəstəklərin dərhal dayandırılmasını istəyiblər və bununla bağlı “Avropa Şurası Avropa Birliyinin 20 oktyabr 2022-ci ildə İrana qarşı təsdiqlənmiş sanksiyalarını alqışlayır” deyə yazıblar.

Həmçinin, Avropa Şurasına üzv dövlətlər iranlı etirazçıların sıxışdırılmasını “qəbuledilməz” hesab edib və bunu pisləməklə yanaşı, bəyan ediblər ki, Şura “İran hakimiyyətinin dinc nümayişçilərə, xüsusən də qadınlara qarşı əsassız və qəbuledilməz güc tətbiqini pisləyir.

Bu bəyanatda Avropa ölkələri də İslam Respublikası rejimindən “mütləq etirazçıların zorakılıqla yatırılmasını dayandırmağı və mülki və siyasi hüquqlarına tam hörmətlə yanaşaraq məhbusları azad etməyi” istəyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar