SON XƏBƏRLƏR

Avropanın nüvə sazişinin canlandırılması ehtimalına ümidi azalıb

2022.09.06, 09:41
Avropanın nüvə sazişinin canlandırılması ehtimalına ümidi azalıb

Gunaz.tv

Amerika rəsmilərinin Hərtərəfli Birgə Fəaliyyət Planını canlandırmaq üçün gözlənilən razılaşma əldə etməkdən məyus olması və İran liderinin ölkəsinin qırmızı xətlərindən vaz keçməyəcəyi barədə açıqlamasından sonra Avropa Birliyinin xarici siyasət rəhbəri Cozef Borel bununla bağlı bədbin olduğunu bildirib.

Avropa Birliyinin xarici siyasət rəsmisi Cozef Borel sentyabrın 14-də keçirdiyi mətbuat konfransında Hərtərəfli Birgə Fəaliyyət Planının canlandırılması üçün danışıqlarda razılığın əldə olunmasına pessimist olduğunu və razılığa gəlmək üçün şansların çox zəif olduğunu söyləyib.

"Bütün danışıqlar prosesi təhlükə ilə üz-üzə qalıb və əgər danışıqların məqsədi tezliklə razılığa gəlməkdirsə, bu məqsəd reallaşmayacaq"-deyə, Avropa Birliyinin rəsmisi xəbərdarlıq edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar