SON XƏBƏRLƏR

Avstriya İranı repressiyalara son qoymağa çağırdı

2023.03.23, 10:44
Avstriya İranı repressiyalara son qoymağa çağırdı

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

XİN başçısı iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı zamanı tehran hökumətindən dinc etirazların yatırılmasını dayandırmağı, qadınların hüquqlarına tam hörmət etməyi, məhbusların azad edilməsini və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməsini tələb etdiyini yazıb.

Qeyd edək ki, ötən ay Avstriya vətəndaşının İranda həbs cəzasına məhkum edilməsindən sonra Avstriya Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini XİN-ə çağıraraq Viyananın etirazını bildirmişdi.

Bildirilib ki, bu Avstriya vətəndaşını İranda “casusluq”da ittiham etmək və ona 7 il yarım həbs cəzası verməklə bağlı olub. 

Avstrya XİN-i bundan əvvəl bu ölkə vətədaşının oktyabr ayında həbs olunduğunu elan etmişdi.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar