Rəsmi Vyana İslam Respublikası səlahiyyətlilərinə istinad edərək, bu həbsin İranda davam edən etirazlarla heç bir əlaqəsi olmadığını vurğulayıb.
“Reuters” xəbər agentliyinin məlumatına görə, Avstriya Xarici İşlər Nazirliyi oktyabrın 20-də İslam Respublikasının hakimiyyət orqanlarından bu Avstriya vətəndaşının həbsinin səbəbini açıqlamağı tələb edib.
SEPAH-a yaxın “Fars” xəbər agentliyi dünən iddia edib ki, İslam Respublikasının təhlükəsizlik qüvvələri hazırkı etirazlar zamanı 14 vətəndaşı həbs edib.
Fars-ın məlumatına görə, bu şəxslər Amerika, Rusiya, Avstriya, Fransa, İngiltərə və Əfqanıstan kimi ölkələrin vətəndaşlarıdırlar.
Timur