SON XƏBƏRLƏR

Vurulan təyyarədə ölən soydaşlarımızla bağlı etiraz aksiyası keçiriləcək – Xoy şəhərində / ÇAĞIRIŞ

2021.10.20, 07:36
Vurulan təyyarədə ölən soydaşlarımızla bağlı etiraz aksiyası keçiriləcək – Xoy şəhərində / ÇAĞIRIŞ

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Tehranda “Sepah” tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindən olub.

 

Xoy əhalisi sosial şəbəkələrdə çağırış mətni yayaraq günahsız yerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz yığıncağı keçirəcəklərini bildiriblər.

 

Mətndə bildirilir:

“"Boeing sərnişin təyyarəsinin “Sepah”ın özbaşına əməkdaşları tərəfindən birbaşa vurulması faciəsində dörd yerlimiz həlak olub. Bunun üçün bazar ərtəsi günü yerli vaxtla saat 17-00-da Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək faciəni yaradanlar və yalançı məsulların məhkəmə qarşısına çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq.”

 

Xatırladaq ki, yanvarın 8-də Tehranın Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. Bu faciə İran və Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyalarına yol açıb.

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar