SON XƏBƏRLƏR

“Wall Street Journal”: Atatürk tərəfindən qurulan dünyəvi respublika 10 il ərzində İran İslam Respublikasına bənzəyəcək

2021.10.20, 07:36
“Wall Street Journal”: Atatürk tərəfindən qurulan dünyəvi respublika 10 il ərzində İran İslam Respublikasına bənzəyəcək

Gunaz.tv

GünAzTv: Türkiyədə dini və dünyəvi dövlət sistemi tərəfdarları arasındakı gərginlik ölkəni sonu görünməyən çətin yola sürükləyir.

Bununla bağlı ABŞ-ın “Wall Street Journal” qəzeti tanınmış Yaxın Şərq mütəxəssisi Bernard Lusin fikirlərinə geniş yer ayırıb. Bernard Luis “The Emergence of Modern Turkey” (Müasir Türkiyənin doğuluşu) adlı kitabında Mustafa Kamal Atatürk tərəfindən qurulan dünyəvi respublikanın 10 illik bir müddət ərzində İran İslam Respublikasına bənzəyəcəyini bildirib. Mütəxəssisin fikrincə, baş nazir Rəcəb Tayyib Ərdoğan 2002-ci ildən bu tərəfə Türkiyənin xarici siyasətində çox böyük dəyişikliklər edib. Luis bildirib ki, İsrailin Suriya və İrana, o cümlədən bu ölkələrin dəstəklədiyi terrorçu qruplaşmalara qarşı Türkiyə ilə müttəfiqliyi artıq geridə qalıb. ABŞ-ın bir vaxtlar Sovet İttifaqından İraqda Səddam Hüseyn rejiminə qədər bütün düşmənlərinə qarşı Türkiyəyə bir müdafiə divarı olaraq güvəndiyi günlərin də sonu çatıb: “Bu gün Ərdoğanın “qardaşım” dediyi Suriya prezidenti Bəşər Əsədlə mükəmməl münasibəti var, İsraili Qəzada apardığı hərbi əməliyyatlardan dolayı günahlandırır, HƏMAS-la diplomatik münasibətlər yaratdı. Ərdoğan bundan başqa saxtakarlıqla ikinci dəfə hakimiyyətə gəldiyi iddia edilən İran prezidenti Mahmud Əhmədinejadı da təbrik edən ilk xarici ölkə başçısı idi. ABŞ prezidenti Barak Obamanın israrına baxmayaraq, Türkiyənin 10 milyard dollarlıq ticarət münasibətləri olan İrana qarşı həyata keçirilməsi istənilən sanksiyalarda səs verməyi rədd edən Ərdoğan Xarici İşlər Nazirliyinin Ermənistanla qurmaq istədiyi münasibətləri də təxirə saldı”. Bernard Luisin fikrincə, Türkiyənin xarici siyasətindəki dəyişikliklər onun daxili siyasətindəki inqilabın təsirindəndir. Buna səbəb isə dünyəviliyin ən böyük tərəfdarı olan ordunun Ərdoğan hökumətinin təzyiqi altında olmasıdır: “Ötən həftə parlamentdə keçirilən referendumdan sonra dünyəvi sistemin digər tərəfdarı olan məhkəmələr də nəzarət altına alına biləcək. Bir də ABŞ-ın türk xalqının nəzərindəki yerinin heç olmadığı qədər aşağıda olduğunu da unutmamaq lazımdır”. “Wall Street Journal” Luisin fikrinə dayanaraq yazır ki, niyə aralarında dünyəvilər və ənənəvi liberalların da olduğu bir qrup türk Ərdoğanın etdiyi dəyişikliklərdən narahat olmurlar?: “Bunun cavabı “özlərini aldadırlar” ola bilər. Liberallar İran İslam İnqilabında irəlidə olanlardan idilər. Ancaq getdikcə Ayətullah Əli Xamneyi tərəfindən dağıdıldılar. Ancaq bu vəziyyət Türkiyə üçün o qədər də inandırıcı görünmür. İkinci səbəb isə AKP iqtidarı dövründə Türkiyənin qarşılaşdığı iqtisadi dönüşdür. Türkiyə 1997-ci ildə olan 99 faizlik inflyasiyanı bu gün tək rəqəmli edən edib. “Goldman Sachs”ın proqnozlarına görə Türkiyə iqtisadiyyatında 7 faizlik böyümə gözlənilir. Bu uğurla Türkiyə Avropa Birliyinin üzvü olsaydı Avropanın 2010-cu ildə ən çox artım göstərən ölkəsi olacaqdı”. Qəzet yazır ki, bu uğurlardan faydalananların başında AKP-nin siyasi qanadındakı İslami burjua sinfi oldu: “Keçmişdə ölkənin dünyəvi siyasətçiləri və iş dünyası elitası tərəfindən kənara atılan bu sinif qızların həm universitetə getməsini, həm də baş örtüklərini geyməsini istəyir. Digər tərəfdən bu insanlar seçdikləri bir hökumət tərəfindən yönəldilmək, dərin dövləri və ya ölkədə dünyəviliyi qorumaq üçün demokratiyanə rifahı qurban verən məmurlar və bürokratlar tərəfindən yönəldilmək istəmirlər. Türkiyə üçün olan bu nəticə ölkənin daha zəngin və daha demokratik vəziyyətə gəldikcə Qərbə xas olan bəzi xüsusiyyətlərini kənara atmasıdır. Ərdoğanın xəstə qonşularına olan düşkünlüyü onun öz maraqları və ideologiyasından qaynaqlanır”.Qəzetin fikrincə, ən önəmli sual bu vəziyyətin hara qədər gedəcəyidir. Çünki Ərdoğanın daxili siyasətdəki bəzi güc oyunları Türkiyədə də “Putinçilik” axınının yayılmağa başladığının işarəsini verir. Qəzet bir daha baş nazirin İsraillə əlaqələrinə də toxunub: “Hələ ki, Türkiyənin İsraildən tamamilə uzaqlaşdığını söyləməyəcəyik, ancaq İrana qarşı İsrailin zərbə endirməsi son nöqtəni qoya bilər”. TİA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar