SON XƏBƏRLƏR

“WİKİLEAKS” Ermənistandan uran qaçaqmalçılığını ifşa edib

2021.10.20, 07:36
“WİKİLEAKS” Ermənistandan uran qaçaqmalçılığını ifşa edib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Federal Təhqiqatlar Bürosu bu ölkədən Gürcüstana keçən avtomobillə bağlı məlumatı araşdırır.

“WikiLeaks” Ermənistanın silah və uran qaçaqmalçılığında yer aldığına dair daha bir məlumatı üzə çıxarıb. Saytın ələ keçirdiyi və “The Guardian” qəzeti tərəfindən yayılan Amerika məxfi sənədlərindən birinə görə, ABŞ Federal Təhqiqatlar Bürosu ötən ilin martında Ermənistandan Gürcüstana keçən və ertəsi gün geri qayıdan avtomobillə bağlı məlumatı araşdırır. ABŞ-ın Tiflisdəki səfirliyindən göndərilən teleqramda deyilir ki, üç ABŞ vətəndaşı avqust ayında avtomobillə Ermənistandan Gürcüstana keçib.

Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı keçid məntəqəsində onların avtomobili yoxlanılarkən radioaktiv şüalanma vericisi işə düşüb. Cihaz avtomobildə sezium-137 maddəsinin yol verilən normadan dəfələrlə artıq olduğunu müəyyən edib. Avtomobilin sürücüsü polis əməkdaşlarına bildirib ki, bu yaxınlarda müalicə alarkən radioaktiv şüalanma qəbul edib və cihazın işə düşməsi bununla bağlıdır. Polis heç bir sənəd tələb etməyib və onları buraxıb. Ertəsi gün həmin şəxslər sözügedən avtomobillə yenidən Ermənistana qayıdıblar. Bu dəfə də sərhəddən keçəndə radioaktiv şüalanma aşkarlanıb, məlum olub ki, avtomobil özü sezium-137 maddəsi ilə çirklənib. Lakin ətraflı araşdırma heç bir nəticə verməyib. Bu insidentdən 8 ay sonra Ermənistandan Gürcüstana keçərkən iki erməni yüksək faizli zənginləşdirilmiş uranla yaxalanıb. Bildirilir ki, Ermənistan tərəfində aparılan yoxlama zamanı radioaktiv şüalanma aşkarlanmayıb, lakin gürcü tərəfi bu maddəni aşkar edə bilib. Uran qaçaqmalçıları həbs olunub. Teleqramda deyilir ki, hazırda FTB-nin regional koordinatoru hər iki insidenti araşdırır. Ehtimal olunur ki, Ermənistandan aparılan uran İran üçün nəzərdə tutulub. Yeni musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar