Xalq şairi Fikrət Qoca vəfat edib

2021-05-05 09:00

Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca vəfat edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə AYB-in mətbuat katibi Xəyal Rza məlumat verib.

O, F.Qocanın səhər saatlarında evində vəfat etdiyini deyib. 

Allah rəhmət eləsin!

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

 

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub (1995). 

AYB-nin sədri, Xalq yazıçısı Anar  Fikrət Qocanın birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirib. (apa)


Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Dağlıq Qarabağda NATO səviyyəsində dəstək verilməsi zəruridir”

2021-06-14

gun az article

İlham Əliyev: "Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır"

2021-06-14

gun az article

Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb

2021-06-14

gun az article

Abbas Lisani və digər siyasi məhbuslar aclığı dayandırdı

2021-06-14

gun az article

Azərbaycan əhalisinin sayı açıqlanıb

2021-06-14

gun az article

Şəhid jurnalistlərlə bağlı sərəncam imzalandı

2021-06-14

gun az article

NATO-nun sammiti başlayıb

2021-06-14

gun az article

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuliyə səfər ediblər

2021-06-14

gun az article

İlham Əliyev Zəfər yolunun tikintisi ilə tanış olub

2021-06-14

gun az article

Ərdəbil zindanında edama məhkum edilmiş gənc damarlarını kəsdi

2021-06-14

gun az article

Azərbaycan məktəblərində son zəng çalınıb

2021-06-14

gun az article

Türkiyə səfiri Cıdır düzündə

2021-06-14

gun az article

“Gürcüstanın vasitəçiliyi başqa dövlətlərə mesaj oldu” - Deputat

2021-06-14

gun az article

ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb

2021-06-14

gun az article

Təbrizli deputat namizədlərin diskvalifikasiya edilməsini tənqid edib

2021-06-14

gun az article

İtaliya XİN: Bakı ilə Yerevan arasındakı dialoqu dəstəkləyirik

2021-06-14

gun az article

Almaniyalı ekspert: Hava təchizatı baxımdan Azərbaycandan geri qalırıq

2021-06-14

gun az article

Niderland Ukraynaya qalib gəldi - AVRO-2020

2021-06-14

gun az article

Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək

2021-06-14

gun az article

Əhmədinejad: “ETTELAAT-da ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13