Xalq şairi Musa Yaqub vəfat edib

2021-05-07 15:51

Azərbaycanın Xalq şairi Musa Yaqub vəfat edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

O, Xalq şairinin İsmayıllının Buynuz kəndində dəfn olunacağını bildirib. M. Yaqub sabah günorta saatlarında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. 1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb, həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. 

Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

M.F.Axundov adına mükafata layiq görülüb. 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb. (apa)


Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24