SON XƏBƏRLƏR

“Xalxal əhalisi üçün başlıca məsələ məşğulluqdur”

2021.10.20, 07:36
“Xalxal əhalisi üçün başlıca məsələ məşğulluqdur”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda işsizlər ordusunun günü-gündən böyüməsi bəzi hökumət rəsmilərini etiraf etməyə vadar edir.


“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Xalxalın imam cüməsi axund Kərim Əsədi fəaliyyəti dayandırılmış istehsal müəssisələrinin işə başlamasının əhəmiyyətindən danışarkən bölgə əhalisinin işsizlikdən əziyyət çəkdiyini bildirib.

 

Kərim Əsədi vurğulayıb ki, hal-hazırda Xalxal əhalisi üçün başlıca məsələ məşğulluqdur, əhali üçün iş yerləri yaradılmalıdır.

 

 


İmam cümə Xalxal əhalisinin məşğulluqla bağlı tələblərini konkret olaraq dilə gətirib. “Əhali iş istəyir. Onlar məsullardan bu məntəqənin turizm işləri və kənd təsərrüfatına diqqət yetirməsini tələb edirlər.”- deyə o vurğulayıb.


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar