SON XƏBƏRLƏR

“Xalxallı idmançılar il ərzində 55 müxtəlif medal qazanıb”

2021.10.20, 07:36
“Xalxallı idmançılar il ərzində 55 müxtəlif medal qazanıb”

Gunaz.tv

GünAz TV: Güney azərbaycanda idman imkanlarının məhdud olmasına rəğmən gənclərimiz bütün idman növləri üzrə böyük uğurlara imza atmaqdadır.

 

Ölkə üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edən şəhərlərimizdən biri də Ərdəbil Əyalətində yerləşən Xalxal şəhəridir. Xalxal Gənclər və İdman İdarəsinin icraçı direktoru cari ildə (İranda yeni il Novruz bayramında başlayır) xalxallı idmançıların müxtəlif idman növləri üzrə yarışlarda 55 medal qazandığını bildirib.

 

Əyyub Talibpurun sözlərinə görə, yola salmaq üzrə olduğumuz 1398-ci ildə (Hicri-şəmsi təqvimi ilə)  Xalxaldan iki oyunçu və bir məşqçi basketbol üzrə, bir oyunçu və bir məşqçi isə futbol üzrə super liqa yarışlarında iştirak edib.

 

Xalxal Gənclər və İdman İdarəsinin icraçı direktoru yaxın gələcəkdə Xalxalda zorxana idmanı üçün nəzərdə tutulan layihənin icrasına başlanılacağını da diqqətə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar