Xamneyi Amerika və Böyük Britaniya istehsalı olan vaksinlərin ölkəyə idxalına qadağa qoyub

2021-01-09 13:26

İranın “dini lider”i Əli Xamneyi yanvarın 8-də dövlət televiziyasında çıxış edərək, Amerika və Böyük Britaniya istehsalı olan vaksinlərin ölkəyə idxalına qadağa qoyub.

Gunaz.tv Quote | Gunaz article

Öz çıxışında koronavirusa qarşı mübarizə üçün ölkədə istehsal edilən vaksini və bu istiqamətdə atılan addımları yüksək qiymətləndirdiyini bildirən Xamneyi deyib ki, o Amerika və Böyük Britaniyada istehsal edilən vaksinlərin ölkəyə gətirilməsinə qadağa qoyub: “Koronavirus və vaksin məsələsinə gəldikdə, bildirirəm ki, Amerika və İngiltərə vaksinlərinin ölkəyə gətirilməsi qadağandır. Bunu mən ölkə məsullarına demişəm, indi isə ümumi şəkildə bildirirəm. 


Əgər amerikalılar vaksin istehsal etməyi bacarsaydılar, indi öz ölkələrində yaranmış bu biabırçı vəziyyətlə üz-üzə qalmazdılar. Amerikalıların bir neçə gün əvvəl sutka ərzində xəstəlikdən 4 min itkiləri qeydə alınıb. Əgər onlar vaksin düzəltməyi bacarırlarsa və əgər onların Phizer zavodu (Phizer şirkətini nəzərdə tutur –red) vaksin istehsal edə bilirsə bu vaksindən özləri istifadə etsinlər və bu qədər itkiləri olmasın. Bəs niyə onu bizə vermək istəyirlər.


 Bu dediklərim Böyük Britaniyanın istehsal etdiyi vaksinə da şamildir. Bunlara (ABŞ və Böyük Britaniya) inanmaq olmaz. Mən isə şəxsən onlara etimad etmirəm. Nə bilim, bəzi vaxtlar onlar istehsal etdikləri vaksini digər millətlərin üzərində sınaqdan keçirirlər və onun təsirli olub-olmamasını öyrənməyə çalışırlar. Elə buna görə də, hesab edirəm ki, Amerika və Böyük Britaniyadan vaksin alınmamalıdır. 


Mən əlbəttə Fransaya da nikbin yanaşmıram. Səbəbi isə onların vaxtilə bizə verdiyi çirkli qanlardır. Ölkə məsullarına demişəm ki, əgər hansısa bir vaksini almaq istəsələr də, onu daha etibarlı yerlərdən alsınlar. Bunun üçün hər hansı bir problem yoxdur”, -deyə, İranın “dini lider”i Əli Xamneyi dövlət televiziyasında etdiyi çıxışında bəyan edib. 


Xatırladaq ki, Xamneyi Amerika və Böyük Britaniyada istehsal edilən vaksinlərin ölkəyə idxalına qadağa qoysa da, İran Mərkəzi Bankının rəisi Əbdülnasir Hemməti bir neçə gün əvvəl mediaya açıqlamasında 16 milyon 800 min doza Covid-19 peyvəndinin alınıb ölkəyə gətirilməsi üçün Covax proqramı vasitəsilə Dünya Səhiyyə Təşkilatının hesabına ilkin məbləğdə pul ödədiklərini açıqlamışdı. 

کواکس


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21